Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin almaq niyyətləri haqda cəmiyyətdə yaranan etiraza qəribə reaksiya verib.
Strateq.az-ın məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:
“2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
Aqil Məmmədov deyib ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb:
“Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.