XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 16:53

İran səfirliyi təkzib etdi:"İdmançılarımız Xankəndindəki tədbirdə iştirak etməyiblər"

iran sefirliyi.jpg

İran öz idmançılarının Xankəndidə idman tədbirində iştirakını təkzib edir.

Bu barədə İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfirlikdən bildirilib ki, iranlı idmançıların Xankəndi şəhərində idman tədbirində iştirak etməsi xəbəri öz təsdiqini tapmayıb:

“Bu idman tədbirində iştirak qeyri-qanunidir və dövlət tərəfindən hər hansı icazə verilməyib. İdmançılar şəxsi və ya fərdi şəkildə iştirak edərlərsə, İran dövləti onları dəstəkləməyəcək. Səfirlik idmançıların bu tədbirdə iştirak etməməsi üçün əlindən gələni edəcək”.

Xatırladaq ki, Ermənistan mətbuatı İranın müxtəlif şəhərlərindən 245 idmançının Azərbaycanın işğal altında olan Xankəndi şəhərində tədbirdə iştirak edəcəyini bildirib. /Trend