XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 17:32

Qəbələdə yol çəkilişinə 12.7 milyon vəsait ayrıldı –Sərəncam

Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Qəbələdə on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon (on iki milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.