XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 08:26

Sabahdan dolların [color=red]satış qiyməti tənzimlənəcək

Yanvarın 11-dən vətəndaşların banklardan daha aşağı məzənnə ilə ABŞ dolları əldə etməsi mümkün olacaq.

Bu barədə modern.az-a kommersiya banklarındakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, bununla bağlı Mərkəzi Bank tərəfindən kommersiya banklarına rəsmi məktub göndərilib.

Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcək. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər.

Bu da o deməkdir ki, həftənin 1-ci günü vətəndaşlar kommersiya banklarından 1.62 manata da ABŞ dolları əldə edə biləcəklər.

Qeyd edək ki, bir gün öncə paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdi. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi “exchange”lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.

Bu gün paytaxtdakı əksər valyutadəyişmə məntəqələtində 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılıb.

Xatirladaq ki, Mərkəzi Bankın yanvarın 7-11-nə rəsmi məzənnəsi – 1,5642 AZN/USD-dir. Yəni bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.