XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 12:46

Komitə sədri:"Qarşıdakı 2 il ərzində 16 şəhərin baş planı hazırlanacaq"

Nazirlər Kabineti tərəfindən 1 il ərzində 7 şəhərin baş planı təsdiqlənib.

Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bununla da təsdiqlənmiş baş planların sayı 42-ə çatıb.

“Hazırda 3 şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha 7 şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planın hazırlanmasına başlanılıb. Qarşıdakı 2 il ərzində 9 şəhərin də baş planının hazırlanmasına başlanılacaq”,– deyə o vurğulayıb. /Report