Körfəz Ölkələrinin Əməkdaşlıq Şurası növbədənkənar toplantı keçirərək, İrana qarşı müqavimət tədbirlərini müzakirə edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Əl-Cəzirə» kanalı məlumat yayıb.
Məlumata görə, toplantının yekununda qəbul edilən sənəddə üç müddəa var. Müəddəlar Körfəz ölkələrinin Səudiyyə Ərəbistanına dəstəyini nəzərdə tutur.
Reuters agentliyi ilə Səudiyyənin Xarici İşlər naziri Adel əl-Cübeyrin məsələ ilə bağlı mövqeyini öyrənib. Cübeyr bildirib ki, İran hazırkı siyasətini davam etdirəcəyi təqdirdə krallıq əlavə tədbirlər haqda qərar qəbul edəcək.
Xatırladaq ki, Ər-Riyadla Tehran arasında münasibətlər şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edamından sonra gərginləşib.