XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 13:32

Sergey Lavrov:"İranla Fars körfəzi ölkələri arasında dialoqun başlanması vacibdir"

“İranla Fars körfəzinin ərəb ölkələri arasında dialoqun başlanması vacibdir”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi ilə keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Nazir İƏT baş katibi ilə Fars körfəzi regionunda baş verənləri müzakirə etdiklərini vurğulayıb: “Biz bir sıra islam ölkələrində nizamlanmamış münaqişələrin qalmasını və bir sıra hallarda vəziyyətin daha da gərginləşdiyini həyəcanla qeyd etdik. Fars körfəzi zonasında gərginliyin artmasından narahatlığımız bildirdik. Görüşdə qeyd olundu ki, İran faktoru regiondakı siyasi proseslərə təsir edir. Ona görə də İranla Fars körfəzinin ərəb ölkələri arasında dialoqun başlanması çox vacibdir”.

Rusiya XİN başçısı İƏT baş katibi ilə görüşdə Yaxın Şərqdəki və Şimali Afrikadakı digər münaqişələrin tezliklə nizamlanmasının vacibliyini müzakirə etdiklərini də qeyd edib: “Bu münaqişələrin beynəlxalq hüquq əsasında, sülh yolu ilə nizamlanması ilə bağlı bizim ümumi mövqeyimiz var”.

S. Lavrov terrorçuluğa qarşı ardıcıl və güzəştsiz mübarizənin möhkəmləndirilməsinin vacibliyini də vurğulayıb. /APA