Ərəb dövlətləri İrana qarşı toplandı [color=red]- Rəsmi Tehrana yeni ittihamlar
Səudiyyə Ərəbistanın istəyi ilə Ərəb Dövlətləri Liqasının Xarici İşlər nazirləri Misirin paytaxtı Qahirədə toplanıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər evrir ki, toplantıda İranda Səudiyyə Ərəbistanın İrandakı diplomatik korpuslarına edilən hücum müzakirə olunub. Ərəb ölkələrinin nazirləri bu hücumu İranın təhlükəsizlik qüvvələrinin qarşısını ala biləcəyi halda, heç bir tədbir görməməsini sərt şəkildə qınayıblar. Bundan əlavə, ərəb nazirlər İranı Orta Şərqdəki dövlətlərin daxili işlərinə qarışmaqda, onların daxilində sabitliyi pozmaqda da ittiham ediblər.
Xatırladaq ki, şiə din alimi Nimr ən-Nimrin edamından sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Bundan sonra bır sıra ərəb ölkələri İranla əlaqələri dondurublar, sanksiyalara əl atıblar.