XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2019 - 12:45

Əli Əhmədov:"Növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

Bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”.
Ə.Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildənbir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.  /APA