XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

04 İyul 2019 - 15:04

GÜNNÜT ZƏFƏRİNDƏN 1 İL ÖTÜR –VİDEO

Bir il bundan öncə həyata keçirilən Günnüt əməliyyatı ordumuzun böyük qələbəsidir.

Bu əməliyyatla 1992-ci ildən düşmən nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar torpaq sahəsi, eləcə də mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Ali Məclis Sədrinin birbaşa rəhbərliyi ilə dəqiqliklə məntiqi sonluğa çatdırılan Günnüt əməliyyatı ilə Azərbaycanın yeni tarixinə daha bir parlaq səhifə yazıldı!

3 iyul 2018-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbov Şərur rayonunun işğaldan azad edilən Günnüt kəndində əməliyyatı və verilən döyüş tapşırıqlarını uğurla yekunlaşdıran hərbiçilərimizlə görüşmüş, onları mükafatlandırmış və birinci eşolon bölmələrində mövqelərin möhkəmləndirilməsi, eləcə də yeni hərbi təyinatlı obyektlərin tikintisi ilə bağlı bir sıra tapşırıqlar vermişdi.

Naxçıvan televiziyasının Günnüt qələbəsinin bir illiyi münasibətilə hazırladığı “Günnüt zəfəri” filmində həmin tarixi məqamlara bir daha nəzər salınır.

Strateq.az Naxçıvan tv-yə istinadla həmin filmi təqdim edir: