XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 İyul 2019 - 16:41

Prezident texniki yardım və qrantlarla bağlı fərman verdi –Dəyişiklik

Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”  fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir.

Sazişi imzalamaq səlahiyyəti Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin rəhbərinə verilir.