XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 07:43

Gürcüstandan Bakıya xüsusi oğru dəstələri gəlib? – [color=red]DİN-dən reaksiya (VİDEO)

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) son günlər Bakıda qapıdöymə və digər üsullarla mənzillərə girilməsi halı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, mənzil oğurluqları ola bilər, amma sosial şəbəkələrdə yayılan məlumatlarda olduğu formada oğurluğun olması faktı qeydə alınmayıb:

"Yəni belə bir şey varsa, vətəndaş şikayət etməlidir. Ümumiyyətlə, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxil İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng vurmalıdır".

E.Zahidov Gürcüstandan Azərbaycana bəzi şəxslərin oğurluq məqsədilə gəlməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Bu məlumatlar yalandır. Əslində, bu məsələni şişirdirlər. Elə bir şey yoxdur. Belə informasiyalar qeyri-ciddidir". report.az

Xatırladaq ki, bir neçə gündür Bakıda ilginc oğurluq cəhdləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayılır. Bildirilir ki, guya Gürcüstandan Bakıya xüsusi oğru dəstələri gəlir və onlar müxtəlif variantlarla evlərə girməyə cəhd edirlər. 

Strateq.az onu da bildirir ki, bu iddia ilə yanaşı, dünən facebook sosial şəbəkəsində daha bir ilginc video yayılıb.

Həmin videoda qeyd olunur ki, bir gəncin əlində gül dəstəsi ilə blokdan zəng edərək, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib. Guya ev sahibəsinə gül buketi göndərilib. Ancaq sakin sözügedən şəxsə blokun qapısını açsa da, sonradan qapının gözlüyündən baxarkən, onun gül dükanında çalışan işçi olmasından şübhələnib və evin qapısını bağlayıb. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və “gül dükanının işçisinə” mühafizəçi ilə görüşməyi xahiş edib. Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb.

Həmin videonu da təqdim edirik: