XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 21:46

İran XİN-dən Britaniyaya daha bir etiraz:"Körfəzdə gərginlik daha da arta bilər"

İrana məxsus tankerin Cəbəllütariqdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılması körfəz ətrafında da gərginliyin artmasına səbəb ola bilər.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.

“Böyük Britaniyanın neft tankerini saxlamaq kimi pozucu əməlləri körfəzdə gərginliyi daha da artıra bilər”, – XİN rəsmisi bildirib.

Xatırladaq ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti bu gün Panama bayrağı altında üzən “Grace 1” tankerini Suriyaya neft daşıdığı şübhəsi ilə saxlamışdı.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları bu ölkə ilə az qala hər cür işgüzar əlaqələri, xüsusilə də neft və neft məhsulları ticarətini məhdudlaşdırır/Report.