XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 22:23

Gürcüstanda etiraz:4 aksiyaçı saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş verən hadisələrlə bağlı 4 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılanlar kütləvi zorakılıqda iştirakda təqsirli bilinirlər. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Saxlanılanların müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri olduğu bildirilir.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyalarının təşkilatçıları vətəndaşları aksiyaların keçirilməsinə maddi dəstək göstərməyə çağırıb. 

Report