XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 07:50

“Səhv buraxacağı təqdirdə, məhv ediləcək” – [color=red]Pakistanlı general İranı təhdid etdi

"Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaradacaq istənilən təhdidə qarşı dərhal reaksiya verəcək".

Bunu Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Rahil Şərif Reşet Bet radiosuna müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Pakistan Səudiyyə Ərəbistanının regiondakı terrorizm və ekstremizmlə mübarizəsini dəstəkləyir. General İranın Səudiyyə Ərəbistanına qarşı səhv buraxacağı təqdirdə məhv ediləcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pakistanın əsas müttəfiqlərindən biridir.

Ər-Riyad Pakistanın nüvə proqramının əsas maliyyəçisidir. Bəzi mənbələr Səudiyyə Ərəbistanının müharibəyə başlayacağı təqdirdə Pakistandan nüvə arsenalı ala biləcəyini bildirirlər.

Axar.az