XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2019 - 09:45

Rus “Su-27” qırıcıları ABŞ-ın kəşfiyyat təyyarələrini yaxaladı –Qara dəniz üzərində

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus “Su-27” qırıcıları Qara dənizin neytral suları üzərində uçuş edərək federasiyasının sərhədinə yaxınlaşan ABŞ-ın “P-8A Poseidon” kəşfiyyat təyyarələrini nəzarətdə saxlayıb. 

Barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsindən bildirirlib.

Məlumatda qeyd edilib ki, Rusiya qırıcıları həftədə üç dəfə sərhədlərin mühafizəsi məqsədilə uçuşlar edir: “Bu dəfə isə Rusiyanın “Su-27”-ləri Qara və Baltik dənizləri üzərində uçuşlar edən ABŞ Hava Qüvvələrinə məxsus “hədəf”ləri dayandırmağa nail olub. Beynəlxalq qaydalara riayət edərək havaya qalxan “Su-27” qırıcıları döyüş tapşırığını yerinə yetirdikdən sonra geri – öz bazalarına dönüblər”.

Bildirilib ki, rusiya qırıcılarının manevrləri ilə rastlaşan ABŞ kəşfiyyat təyyarələri uçuş istiqamətlərini dərhal dəyişiblər. /APA