XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 12:24

Gürcüstanda nazir müavini istefaya gedir –Səbəb

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Qiorqadze istefa vermək qərarına gəlib. 

Bu barədə nazir müavini özünün Facebook səhifəsində yazıb. O, istefasını özəl sektora qayıtmaq istəməsi ilə əlaqələndirib.

“Dostlar, bilirsiniz ki, mən beş il öncə mədəniyyət naziri olmuşam və enerjimi öz ölkəmin inkişafına həsr etmişəm. Bu gün mən vəzifəmi tərk etmək və özəl sektora qayıtmaq barədə qərar qəbul etmişəm”, – deyə M. Giorgadze bildirib.  /APA