XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 13:36

ABŞ səfiri:"Azərbaycanla Ermənistan arasında girovların mübadiləsi vacibdir"

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü keçirməkdən məmnundur”.

Bunu “Report”un sualını cavablandırarkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

“Şadam ki, bu görüşdən sonra növbəti addım bəzi məhbusların mübadiləsi oldu. Bu cür addımlar mövcud olan çətin məsələləri həll etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün lazım olan etimadı yaratmağa kömək edir. Məqsədimiz tərəflərin bu cür hərəkətlərinə dəstək olmaqdır”, – o, bildirib.