XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 13:02

Elmar Məmmədyarov 14-cü Zirvə isclasında:"Münaqişə regional sabitlik üçün əsas təhlükədir"

Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərara görə təşəkkür edib.

Strateq.az XİN-ə istinadla xəbər verir ki, Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir, rəsmi Bakının enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən Azərbaycanın eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir.

Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.