XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2019 - 16:29

Ərdoğanla Putin telefonda danışdı –Nələr müzakirə edildi? + Açıqlama

Bu gün Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Ərdoğan sualtı qayıqda həlak olan rus hərbçilərinə görə Putinə başsağlığı verib.

Daha sonra iki ölkə lideri beynəlxalq aləmdə gündəmdə olan məsələlərdən, o cümlədən Liviyadakı vəziyyətin pisləşməyə doğru getməsindən narahatlıqlarını ifadə ediblər.

Hər iki lider Liviyada atəşkəsin ən qısa zamanda təmin edilməsinin vacibliyini vurğulayıblar.