XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 19:01

Rusiya Dumasının sədr müavini:“Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”

“Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rustavi 2” televiziya kanalına müsahibəsində bildirib.

O iddia edir ki, Rusiya Gürcüstan ərazilərini işğal etməyib: “Abxaziya və Cənubi Osetiya heç vaxt sizin əraziniz olmayacaq, Rusiya onların müstəqilliklərini dəstəkləyəcək. Tbilisidə Rusiya əleyhinə şüarlarla aksiya keçirənlərə deyin ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq. Bu, heç zaman baş verməyəcək”.