Türkiyə MİT və ordusu İraqın Kandil bölgəsində birgə əməliyyat keçirib.
Strateq.az NTV-yə istinadla xəbər verir ki, birgə əməliyyatla 1973-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olan PKK terror təşkilatının rəhbər şəxslərindən olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd bu gün məhv edilib.
Xatırladaq ki, Diyar Qərib Məhəmməd PKK-nın 7 rəhbər heyətindən biri idi.
O, eyni zamanda, PKK-nın Şimali İraq üzrə məsul şəxsi olub.