XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 15:51

Gömrük Komitəsindən təkzib: [color=red] Əlavə rüsum alınmır

gomruk-11.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum almır.

Komitədən Strateq.az-a verilən məlumatda qeyd olunur ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq vergi və rüsumlara cəlb edilir.

Bildirilir ki, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq, gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Strateq.az