XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 16:22

ƏRDOĞANDAN “S-400″LƏRLƏ BAĞLI DAHA BİR AÇIQLAMA:"Yerləşdiriləcəkləri yerlə bağlı Müdafiə Nazirliyi məşğuldur"

“Hazırda “S-400” Zenit raket-müdafiə sisteminin Rusiyadan Türkiyəyə nəqli ilə bağlı hazırlıq davam edir”.

Bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan “S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib: “Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdiriləcək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn “S-400”lər Türkiyədə yerləşdiriləcək”. 

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir. /APA