Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün fərman imzalayıb.
Strateq.az xəbər verir ki, fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.