XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2019 - 16:13

Lavrov Mnatsakanyanla görüşüb –Qarabağ münaqişəsi müzakirə olunub

Rusiya və Ermənistanın xarici işlər nazirləri – Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

“RİA Novosti” xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

“Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər/Report.