XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2019 - 00:18

Roma Papası:"Miqrantlar insandır, sosial problemlər onlara olan münasibətə təsir göstərməməlidir"

Miqrantlar insandır, sosial problemlər onlara olan münasibətə təsir göstərməməlidir.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Roma Papası Fransisk Vatikanda Müqəddəs Pyotr Kilsəsində özünün Lampeduza adasına tarixi səfərinin altıncı ildönümü münasibətilə qeyri-leqal miqrantlar və xilasedicilər üçün keçirdiyi messada söyləyib.

Papa miqrantlara yardım etməyin vacib olduğunu deyib: “Məsələ təkcə miqrantlarda deyil. Miqrantlar insandır və bu gün onlar qloballaşan cəmiyyət tərəfindən qəbul edilməyənlərin rəmzinə çevriliblər”.