XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 12:09

Ərdoğandan İstanbul terroru ilə bağlı ilk açıqlama: [color=red]”Suriyadan gəlib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan «Sultanəhməd» meydanında baş verən partlayışla bağlı ilk açıqlama gəlib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı terror hücumunu suriyalı «canlı bomba»nın törətdiyini bildirib: «Terror hücumunu şiddətlə qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Türkiyə terrora qarşı mübarizədə qətiyyətli duruşunu sona qədər davam etdirəcək. İstər PKK olsun, istərsə də İŞİD və ya PYD – bizim üçün terror təşkilatlarının fərqi yoxdur. Bu bölgədə fəaliyyət göstərən terror təşkilatlarının ilk hədəfi Türkiyədir. Onlara qarşı eyni qətiyyətlə mübarizə aparırıq. İŞİD-lə Türkiyə qədər qətiyyətlə mübarizə aparan və bədəl ödəyən başqa bir ölkə varmı? Amma bunu anlamamaqda israr edən qüvvələr və ölkələr var".