Bu gün Prezident İlham Əliyev bir neçə ölkəyə səfir təyin edib.
Strateq.az xəbər verir ki, müvafiq sərəncamlara əsasən, Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunublar.
Strateq.az