XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 14:39

Davudoğlu Merkelə[color=red] başsağlığı verdi

Türkiyə baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkelə zəng edərək başsağlığı verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu bu gün İstanbulda baş verən terrorda həyatını itirənlərdən ən azı 10-nun Almaniya vətəndaşı olduğu barədə Merkelə məlumat verib. Və alman turistlərin Türkiyədə terror qurbanı olmasından kədərləndiyini bildirib.

İş üzrə təhqiqatın ən qısa zamanda başa çatacağını deyən baş nazir nəticələr barədə Almaniya yetkililərinə də məlumat veriləcəyini deyib.