XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 15:49

Prezident İlham Əliyev:[color=red] “O maaş onun-bunun cibinə gedir”

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu il ölkədə struktur islahatları aparılmasının vacibliyini vurğulayıb.

Prezident qeyd edib ki, buna ehtiyac var və daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir: "Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz".

Dövlətimizin başçısı bildirib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: "İnsanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır".

Prezident vurğulayıb ki, lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq.