XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 07:22

Azərbaycan sağçıları Nemtsova “son borcunu” niyə vermədi?


1990-cı ildə Nemtsov Nijni Novqorodun postsovet tarixində ilk qubernatoru olub, 1991-ci ildən 1994-cü ilədək Nijni Novqorod vilayətində prezidentin səlahiyyətli nümayəndəsi olub.
1991-ci ildə onu qubernator vəzifəsinə prezident Boris Yeltsin təyin etmişdi, 1995-ci ildə isə o, seçicilərin 58,9 faiz səsini qazanaraq seçkilərdə qalib gəlib.
1997-ci ildə Nemtsov hökumətdə baş nazirin birinci müavini vəzifəsinə təyin olunub, həmçinin Yaşayış Kommunal Təsərrüfatı və sosial sahələrdə islahatlara nəzarət edirdi.
90-cı illərin ikinci yarısında siyasi şərhçilər Nemtsovu prezident Yeltsinin xələfi kimi nəzərdən keçirirdilər.
1997-ci ildə apreldən noyabra kimi o, eyni zamanda, yanacaq və energetika naziri, sonra isə Rusiya Təhlükəsizlik Şurasının üzvü olub.

“İctimai rəy” fondunun keçirdiyi sorğunun nəticələrinə görə, 1997-ci il apreldə rusiyalıların 29 faizi prezident seçkilərində Nemtsovun lehinə səs verməyə hazır olub.
Lakin 1998-ci il avqust defoltundan sonra Nemtsov istefa ərizəsini yazaraq hökumət tərkibindən çıxıb.
İlin sonunda o, “Rossiya molodaya” (“Gənc Rusiya”) ictimai-siyasi hərəkatın siyasi şurasına başçılıq edib. Sonradan bu hərəkat 1990-cı ildə Sergey Kiriyenko, Boris Nemtsov və İrina Xakamadanın başçılıq etdiyi Sağ Qüvvələr İttifaqı (SPS) seçki blokuna qatılan “Pravoye delo” (“Haqq işi”) koalisiyasının tərkibinə daxil olub.
1999-cu ildə Boris Nemtsov, İrina Xakamada və Sergey Kiriyenko (hazırda “Rosatom” şirkətin rəhbəri) Sağ Qüvvələr seçki bloku tərkibində Dumaya gediblər. Dekabrda Nemtsov Dövlət Dumasına seçilib və sədr müavini vəzifəsini tutub. Həmin ildə o, Boris Yeltsinin xələfi qismində Vladimir Putini dəstəkləyib, lakin sonradan səhv mövqesinə görə peşman olduğunu bildirib.

2003-2007-ci illərdə SPS Dövlət Duması seçkilərində 5 faizlik həddi keçə bilməyib.
Nemtsov 2008-ci ildə SPS-i tərk edib və yeni “Solidarnost” (“Həmrəylik”) birləşmiş demokratik hərəkatını yaradıb. SPS isə öz-özünə ləğv olub. “Solidarnost”dan Nemtsov Soçi meri vəzifəsinə namizədliyini təqdim edib, lakin 13,6 faiz səslə məğlub olub. Hər necə olsa da, bu, seçkilərin ikinci nəticəsi olub.
2010-cu ilin dekabrında siyasətçilər Vladimir Rıjkov və Mixail Kasyanovla o, Xalq Azadlığı Partiyasının (PARNAS) rəhbəri olub. Hakimiyyət partiyanı qeydiyyata almayıb, və 2012-ci ilin iyununda Rıjkovun Rusiya Respublikaçı Partiyası (RPR) ilə birləşib. Nemtsov yeni yaranan RPR-PARNAS birliyinin həmsədri vəzifəsini tutub.
Boris Nemtsov 2000-ci illərin ikinci yarısında məşhur “narazıların marşları”nın ən fəal iştirakçılarından olub
2013-cü ildə isə o, RPR-PARNAS-dan Yaroslav vilayət dumasına seçilən yeganə millət vəkili olub.
Bundan başqa, Boris Nemtsov son illər Vladimir Putinin qurduğu sistemin və şəxsən prezidentin sərt tənqidinə həsr olunmuş “Putin. Yekunlar” ümumi sərlövhəli bir neçə məruzənin həmmüəllifi olub. Nemtsov 2000-ci və 2010-cı illərdə Moskvada keçirilən çoxsaylı müxalif aksiyaların təşəbbüsçüsü və təşkilatçılarından biri olub.
Nemtsov 2015-ci il martın 1-nə təyin olunmuş, təşkilatçıları tərəfindən müharibə əleyhinə və böhrana qarşı adlandırılan, “Vesna” (“Bahar”) marşına iki gün qalmış Rusiya paytaxtının mərkəzində naməlum şəxslər tərəfindən öldürülüb.
Azərbaycan Milli İstiqlal Partyasının sədr müavini Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onların Boris Nemtsovla əlaqələri Beynəlxalq Demokrat İttifaqında birgə üzvülükdən qaynaqlanıb: “Belə ki, onun həmsədr olduğu Sağ Qüvvələr İttifaqı BDİ üzvü idi.
BDİ tədbirlərində AMİP lideri Etibar Məmmədov mütəmadi olaraq onunla görüşürdü. 2008-dən sonra o, obyektiv səbəblərdən partiyasından ayrılmalı oldu.Ozünün dediyinə görə: “Putin partiyamı əlimdən aldı”. Münasibətlər hər zaman yüksək səviyyədə olub. Sonradan o, digər partiyada həmsədr oldu. Onun dəfnində obyektiv səbəblərdən AMİP-dən heç kim iştirak edə bilmədi.Amma Etibar Məmmədov Boris Nemtsovun həmsədr olduğu partiyaya, eyni zamanda digər həmsədr Mixail Kasyanova başsağlığı göndərib.