XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2016 - 19:02

Nazarbayevdən Poroşenkoya çağırış: [color=red]”Donbasla bağlı güzəştə gedin!”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbəti əsnasında Kiyevi Ukrayna və Rusiya arasında gərginliyi azaltmaq və mübahisənin həlli üçün qarşılıqlı güzəştə getməyə çağırıb.

Oxu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“İki dövlətin rəhbəri aktual məsələləri və yeni şərtlərdə ikitərəfli əməkdaşlıqda ticarətin alternativ yollarının istifadəsini müzakirə ediblər. Bununla yanaşı, Ukraynanın cənubi-şərqindəki cari vəziyyət də müzakirə edilib.

Qazaxıstan prezidenti Kiyevi Ukrayna və Rusiya arasında gərginliyi azaltmaq və mübahisənin həlli üçün kompromisə çağırıb”, – məlumatda deyilir.

Məlumatda o da bildirilir ki, telefon söhbəti Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.