Almaniya kansleri Angela Merkel bu gün İstanbulun «Sultanəhməd» meydanında baş verən terror aktına münasibət bildirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel İstanbuldakı terror hücumunda 8 Almaniya vətəndaşının həyatını itirdiyini bildirib: «Vətəndaşlarımız İstanbul səfərindən geri qayıda bilməyəcək. Bu çətin günlərdə onların ailələrinin yanında olduğumuzu bildiririk. Terrorçular hər kəsin düşmənidir».
Merkel hadisə ilə bağlı Nazirlər Kabineti üzvlərini də məlumatlandıracağını bildirib.
Kansler onu da qeyd edib ki, teraktdan sonra Türkiyə prezidenti və Baş naziri ilə telefon söhbəti aparıb.