XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 14:04

Şəki Xan Sarayında 500 illik çinarın budağı qırıldı –19 nəfər xəsarət aldı

Şəki Xan Sarayının həyətində faciə baş verib.

Strateq.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sarayın həyətindəki yaşı 500-ə yaxın olan çinar ağacının budağı qırılıb:

“Baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir”.

Nazirlikdən bildirilib ki, xəstəxanaya yerləşdirilən 2 nəfərə görə Bakıdan Şəkiyə yüksək ixtisaslı mütəxəssislər göndərilib.