XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 İyul 2019 - 10:10

Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb:"Müayinələr bitib, müalicəsi davam etdirilir"

Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

Bunu  Xalq artistinin oğlu Yusif Rzazadə deyib.

O bildirib ki, atası bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək: “Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb. /Report