Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin baş diplomatı Federika Moqerini ilə telefonda danışıb.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Şərqi Aralıq dənizindəki vəziyyət olub.
Qeyd edək ki, Türkiyə iki kəşfiyyat gəmisi ilə Kipr yaxınlığında qaz axtarışı aparır. Bu isə Aİ üzvü dövlətlərinin, xüsusi ilə Yunanıstanın sərt etirazları ilə üzləşib. Ankara isə Kipr türklərinin haqqını sonadək qoruyacağını bəyan edib.