ABŞ-dan İstanbulda baş verən terrora sərt təpki gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi hücumu qınadıqlarını bildirib: «Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirik. ABŞ terror təhdidinə qarşı NATO-dakı müttəfiqi və İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvü Türkiyə ilə birgə fəaliyyətini davam etdirəcək».
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Ned Prays isə hadisəni çirkin hücum adlandırıb: «İstanbulun mərkəzində türkləri və turistləri hədəf alan bu çirkin hücumu qınayırıq. Vaşinqton bundan sonra da İŞİD-ə qarşı beynəlxalq koalisiya və NATO üzvü olan Türkiyənin yanında olacaq, terrora qarşı əməliyyatlarda Ankaraya dəstəyini davam etdirəcək».