XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 22:04

Avropa Komissiyasının yeni sədri məlum oldu –Səsvermə

Avropa Parlamentinin deputatları Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri postuna namizədliyini dəstəkləyiblər.

Strateq.az “Report”a istinadla xəbər verir ki, açıqlanan nəticələrə görə, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

Fon der Lyayenin namizədliyinin təsdiqlənməsi üçün 374 səs tələb olunurdu.