XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2019 - 12:41

Dugin:"Türkiyənin NATO-dan çıxması zaman məsələsidir"

“Türkiyənin NATO-dan çıxması zaman məsələsidir”.

Strateq.az “İndependent Turkish”-ə istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dugin deyib.

Onun sözlərinə görə, NATO-ya üzvlük Türkiyənin suverenliyi üçün, bir növ, intihardır.

“Rusiya yeganə alternatividir. Rusiyanın “S-400” kimi strateji silahları yeganə alternativdir. Türkiyə baxımından “S-400” seçimi də şüurlu bir seçimdir. Türkiyənin müdafiə müstəqilliyi və NATO-dan çıxması yalnız zaman məsələsidir. Əlbəttə, bunun nə vaxt olacağını deyə bilmərəm. Amma bu məntiqli olacaq”, – deyə Dugin əlavə edib.