XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2015 - 12:51

Nazir Ramil Usubov müharibə iştirakçıları olan polis veteranları ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nazir faşizm üzərində qələbənin 70 illik yubileyinin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib, müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb.

R. Usubov əlamətdar bayram münasibəti ilə veteranları təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib.

Nazir son illər prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük quruculuq işlərinin görüldüyünü xatırladıb, eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. R. Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

İstefada olan milis polkovniki Müseyib İlyasov iştirakçılar adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.