Rusiya Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada «marionet» dövlət yaratmaq barədə fikirlərini absurd adlandırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlik Rusiyanın Suriyanın bütövlüyünə tərəfdar olduğunu bildirib: "Rusiyanın Suriyadakı fəaliyyətini diqqətlə izləyənlər hər şeyi aydın görür. Rusiya Suriyanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır».
Xatırladaq ki, dünən Ərdoğan Rusiyanın Suriyada yeni dövlət qurmağı planlaşdırdığını, türkmənlərə qarşı hücumların da bununla bağlı olduğunu bildirib.