XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 05:56

Vasif Talıbov üçün [color=red]özəl gün

Vasif Talıbov üçün özəl gün

Bu gün Vasif Talıbovun ad günüdür.

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür. Onun 56 yaşı tamam olur.

Qısa arayış:

Vasif Yusif oğlu Talıbov, 1960-cı il yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

1976-cı ildə orta məktəbi Şərur rayonunun Siyaqut kəndində bitirən Vasif Talıbov Naxçıvan Pedaqoji İnstitutunun tarix-filologiya fakultəsinə daxil olub. 1981-ci ildə həmin institutdan məzun olub. 1994-98-ci illər arasında Vasif Talıbov Baki Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil alıb. 1976-cı ildən Şərur rayon xalq təhsil şöbəsində, daha sonra isə Naxçıvan trikotaj fabrikində kadrlar üzrə müfəttiş işləyib.

1991-94-cü illər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin köməkçisi olub. 1994-95-ci illərdə Naxçıvan MR baş nazirinin xarici əlaqələr üzrə müavini işləyib.

1995-ci ildən isə Naxçıvan MR Ali Məclisinin sədridir.

Ölkə.az