XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2019 - 23:07

Avropa Liqası:"Neftçi" 6 qol vurdu, "Arsenal"a rəqib oldu

“Neftçi” UEFA Avropa Liqasında II təsnifat mərhələsində Moldovanın “Sperantsa” komandasını 6-0 hesabı ilə məğlub etməklə, növbəti mərhələyə vəsiqə qazanıb.

Strateq.az xəbər verir ki, komandamız ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında daha da üstün oynayıb.

“Neftçi”nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb – 6:0.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki rəqibi Rusiyanın “Arsenal” komandası olacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.