XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:05

İran Amerika hərbçilərini belə diz çökdürüb -[color=red] VİDEO

İran mətbuatı amerikalı dənizçilərin tutulması zamanı çəkilən videonu yayıb.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, saxlanılan 2 gəmidə ümumilikdə 10 ABŞ əsgəri olub. Çəkilən kadrlarda görünür ki, hərbi qulluqçular dizi üstdə oturaraq, əlləri başlarının arxasında tutublar.

Xatırladaq ki, ABŞ hərbi donanmasının gəmisinə aid 2 qayıq İran İslam Respublikasının hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı ABŞ Müdafiə Nazirliyi – Pentaqon açıqlama yayıb. Açıqlamada 10 ABŞ əsgərinin ən yaxın vaxtda sərəbəst buraxılacağına dair İrandan təminat alındığı təsdiqlənib. Bildirilib ki, Küveyt-Bəhreyn arasında əlaqənin kəsildiyi və texniki nasazlıq səbəbindən qayıqlar İran sahillərinə sürüklənib.

İran Xarici İşlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verib və artıq dünən amerikalı dənizçilər azad olunub.