XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2019 - 13:20

Ermənistan silahlı qüvvələri mülki əhalini yenə atəşə tutub –Ağdamın Çıraqlı kəndində

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər kənddə evlərin dam örtüyünə və hasarlarına dəyib.