XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 08:55

İndoneziyadakı terrorda ölənlərin sayı artır[color=red] – Türkiyə səfirliyinə də qumbara atıldı

İndoneziyanın paytaxtı Cakartada bu gün səhər saatlarında törədilən teraktda silsilə partlayışlardan üçü Türkiyənin bu ölkədəki səfirliyinin qarşısında baş verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular səfirliyin önünə qumbara atıblar.

Səfirlik əməkdaşlarının xəsarət alıb-almadığı barədə məlumat verilmir. 

İndoneziya prezidenti Coko Vidodo hadisənin terakt olduğunu bildirərək həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Polis ölənlərin sayının 7-yə çatdığını bildirib. Onların arasında 1 polis əməkdaşı da var.

Məlumata görə, təxminən 14 nəfərlik qrupun 4 üzvü «canlı bomba» olub. Onlardan üçü paytaxtdakı «Starbucks» kafesində özünü partladıb.

Hazırda şəhərə ordu yeridilib, insanlar partlayışların baş verdiyi ərazilərdən evakuasiya olunur. 

Polis sağ qalan terrorçulardan 3-nün həbs olunduğu barədə məlumat yayıb. Qalan terrorçuların axtarışları davam edir.