XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 04:29

Böyük Britaniyada ən müəmmalı seçkilər

Britaniya.jpg

Bu gün Böyük Britaniyada parlament seçkiləri keçirilir. Britaniya seçiciləri 650 deputat seçməlidirlər

7 may seçkilərini Britaniyada son on ilin ən müəammalı seçkiləri kimi qiymətləndirirlər. Artıq 5 həftəlik çox gərgin seçki kampaniyası arxada qalıb. Son 10 ildə ilk dəfədir ki, keçirilən sorğular, aparılan araşdırmalar hansı partiyanın qalib olacağını əvvəlcədən proqnozlaşdırmağa imkan vermir. 37 gün davam edən seçki kampaniyası dövründə 80-dən çox ictimai rəy sorğusu keçirilib. Bu sorğulardan 30-u hazrkı baş nazir Devid Kemeronun qalib gələcəyini, 37-si isə müxalifətdə olan Leyboristlər Partiyasının lideri Ed Milibendin önə çıxacağını proqnozlaşdırıb.

Təkbaşına hökumət qurmaq üçün İcmalar Palatasında (parlamentdə) 326 səsə malik olmaq zəruridir. Lakin nə mühafizəkarların, nə də müxalif leyboristlərin bu qədər mandat ala bilməyəcəyi proqnozlaşdırılır. Belə olduqda koalisiya hökuməti qurulması üçün kiçik partiyaların rolu artacaq.

2010-cu ilin may ayında 42 yaşlı Devid Kemeron mühafizəkarların lideri kimi baş nazir postunu tutmuşdu. O 1812-ci ildən bəri ən gənc baş nazir kimi tarixə düşüb.

Kemeron mühafizəkarların qalib gəldiyi təqdirdə 2017-ci ildə Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı referendum keçirəcəkləri vədini verib.

46 yaşlı Ed Milibend isə 2010-cu ildən leyboristlərə liderlik edir.

Strateq.az