XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 12:01

Prezident İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib –FOTOlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısı, həmçinin iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun və İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnamələrini qəbul edib.