Azərbaycanda süni qiymət artıran daha bir sahibkar həbs olundu.
Strateq.az Baş Prokurorluğun yaydığı məlumata istinadən bildirir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində Bərdə Çörək Kombinatının mağaza müdiri İlqar Həsənov saxlanılıb.
O, son günlər respublikada manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artırmaqda təqsirləndirilir.